Tarkan: "Yalnız dinclik istəyirik!"
Borusan Holdinqin təşkil etdiyi gecədə meqastar Tarkan səhnəyə
çıxıb. İzləyənlərə unudulmaz bir gecə yaşadan Tarkan, 1 saat yarım
səhnədə solo çıxış edib. Müğənni "Vermə" mahnısını səsləndirən
zaman işlətdiyi kəlmələr çox maraqla qarşılanıb : " Yalnız dinclik
istəyirik. Bir az dinclik, başqa bir şey istəmirik " deyən
müğənnini sevənləri alqışlarla səhnədən yola salıb.