Əlaqə Arxiv
news Image
2014.03.31
12:30
| A A A
Gənc müğənni qonşusuna eşq elan edib - foto

Populyar müğənni Yaşar Cəlilov "Ay qonşu" adlı mahnısına klip çəkdirib. Movqe.az-ın məlumatına görə, kompozisiyanın  sözləri Azər Şirin, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur. "Ay qonşu"nun ssenari müəllifi Azər Baxşəliyev, rejissoru Elmir Süleymanovdur.  

Hazırda montaj prosesində olan ekran işi  yaxın günlərdə təqdim olunacaq. Y. Cəlilovun sözlərinə görə, klipin sujet xətti onun qonşusuna olan sevgisindən bəhs edir: " Bu, mənim 13-cü klipimdir. Sevilən və professional aktyorlarla kamera arxasına keçmək mənə böyük zövq verdi. Əminəm ki, mahnı kimi klipi də tamaşaçılar, xüsusən də qonşuları ilə yaxşı münasibətdə olanlar bəyənəcək. Bu işimizin də uğurlu alınacağına əminəm". 

Ekan işində əsas rolları müğənni ilə  yanaşı, Gənc Tamaşaçılar Teatrının aktyorları, əməkdar artist Nəsibə Eldarova (nənə), Natiq Fərzəliyev (satıcı) və Səbinə Məmmədova (qonşu qız) canlandırıb. 

Klipin operatorları Rəşad Qarayev, Cavanşir Ağayev, işıqşısı Novruz Novruzov, montaj işi Elnar Həşimov, rəssamı Elnarə Səfərova, qrim ustası Tahirə Əliyeva, kastinq Mehman Məmmədov, təşkitatı işləri isə Sarvan Zamanova məxsusdur.    

"Ay qonşu" mahnısına çəkilən klip "Bizim Cəbiş müəllim" və "Məhəllə" filmlərinin çəkildiyi həyətdə lentə alınıb. 


Sizin Reklam Yeriniz