Əlaqə Arxiv
news Image
2014.04.01
15:21
| A A A
"Hər qadının həyatında Zaur kimi birisi olur" - Təhminə

Uğursuz məhəbbət tarixçəsindən bəhs olu " Təhminə" filimində baş rol ifaçısı Meral Konrata hələ də bizim filmlərdə çəkilməsi üçün təkliflər gəlir. Mövqe.az xəbər verir ki, Bakıya səfəri zamanı bu mövzu ətrafında danışan tanınmış aktrisa bizim rejissorlardan hələ də yaradıcı təkliflər aldığını etiraf edib. Ancaq heç bir təkliflə razılaşmayan aktrisa bunda səbəbini də bizə açıqlayıb : " Bəli, təkliflər aldım. Ancaq heç birinə "evet" demədim. Çünki ssenarilər çox zəif idi. Bundan əlavə isə onu deyə bilərəm ki, mənim Bakıda növbəti filmə çəkilməm üçün gərək elə bir ssenari, elə bir film olsun ki, o Təhminəni üstələyə bilsin. Hələ ki, eləsi yoxdu. Əgər mən hər filmə çəkilsəyim o zaman Təhminə bu qədər məşhur olmazdı".

M. Konratdan bizim filmlərdə çəkilməsi üçün ona nə qədər qonarar təklif olunduğunu da soruşduq : " Gözəl paralar təklif olundu. Baş gicəlləndirirci pullar oldu. Amma mən razılaşmadım".


Sonda isə aktrisa hər qadının həyatında Zaur kimi biri olduğunu açıqlayıb. "Peki, sizin həyatınızda öylə biri oldumu" sualına isə aktrisa gülərək cavab verib. 


Sizin Reklam Yeriniz