Əlaqə Arxiv
news Image
2014.04.01
17:39
| A A A
Xalq artisti "Ümid var"ı bağlatdırdı - İddia

ATV telekanalında yayımlanan "Ümid var" verlişinin bağlanmasında xalq artisti Məleykə Əsədovanın əli olduğu barədə xəbərlər yayılıb. Məlumatlara görə, Cəliləbad sakininin həyat yoldaşının intim videosunu canlı yayımda yayımlanmasına ilk etiraz edən şəxs verlişdə qonaq kürsüsündə yeləşən Mələykə Əsədova olub. Belə ki, xalq artisti həmin video yayımlandıqdan dərhal sonra verlişi tərk edib. Bir gün sonra isə verlişin bağlanması qərarı alınıb. Deyilənlərə görə verlişin bağlanmasında  xalq artisti Mələykə Əsədovanın da əli var. Şikayət edənlərdən biri də aktrisa olub. Mövqe.az-ın əməkdaşı bir neçə dəfə aktrisa ilə əlaqə saxlayıb bu barədə onun özündən cavab almaq istəsə də aktrisa "Ümid var" və Zaur  adı eşidən kimi söhbəti müxtəlif istiqamətə yönəldib və belə cavab verib : " Türkiyədəyəm. Uşağımı yedizdirirəm. Bu haqqda danışmayaq. Sizi çox sevirəm".


Yayılan xəbərin doğru olub-olmadığını aydınlaşdırmaq üçün "Ümid var" verlişinin layihə rəhbəri Nəmənd Rütəmovla da əlaqə saxladıq. N. Rüstəmov Mövqe.az-a açıqlamasında layihə rəhbəri olduğu verilişin bağlanılmasında M. Əsədovanın rolunun olması xəbərini təsdiq etmədi. : " "Ümid var" verlişi ATV kanalının bədii şurasının və xüsusilə də şirkətin prezidenti Vüqar Qaradağlının təşəbbüsü ilə bağlandı. "Ümid var" və o tip verlişlər milli-mənəvi dəyərlərimizə laiq olmayan hadisələri ortaya çıxarır. Və bu səbəbə görə də  bağlandı. Azərbaycanda hər hansı verlişin bağlanması üçün hüquqi  mexanizm yoxdu. ATV kommersiya kanalıdı. Bu verlişin bağlanması şirkət rəhbərliyinin şəxsi təşəbbüs  və bədii Şuranın qərarı ilə bağlanıb. Heç kimin şikayəti olmayıb. Hər deyilənə inanmaq lazım deyil".

Sizin Reklam Yeriniz