Əlaqə Arxiv
news Image
2014.04.01
18:13
| A A A
Zaur Nəbioğlu 3-cü verlişinin bağlanmasının səbəbini açıqladı - AÇIQLAMA - YENİLƏNİB

Mövqe.az-ın əməkdaşı ilə söhbəti zamanı aparıcı Zaur Nəbioğlu "Rəngarəng" verlişin niyə 1 aprel tarixində bağlanmasını da izah edib : " Sadəcə 2011-ci il 1 apreldə "Rəngarəng"in ilk efiri olduğu üçün bu gün verlişi bağlanması qərarını verdik. "Lider" televeziyasında bu 3-cü bağlanan verlişim oldu. Bu 1 aprel zarafatı deyil. İnsanlar səhv anlamasın. Gələcək layihələrə hazırlaşıram. Bunun üçünsə zaman tələb olunur".


Gələcək layihəniz də "Lider" kanalında olacaq sualına isə aparıcı belə cavab verib : "Hələki bu haqqda nəsə demək istəmirəm. Amma yeni layihələr ilə görüşəcəyik".


***


Aparıcı Zaur Nəbioğlunun "Rəngarəng" verlişi də bağlanıb. Mövqe.az xəbər verir ki, rəhbərliyin qərarı ilə bağlanan maqazin verlişi "Rəngarəngin" aparıcısı Zaur tamaşaçılarla belə vidalaşıb: "2011-ci il 1 apreldə "Rəngarəng"in ilk efiri oldu. Bu gün 3 ildir artıq efirdəyik. Hər şeyi öz dadında və duzunda buraxmaq lazımdır. Bu günə qədər qonağımız olan sənətlkarlara, tanınmışçlara və ən əsası siz tamaşaçılara öz təşəkkürümü bildirirəm. Bu gün "Rəngarəng"ə stop dedik. Məncə gəldiyimiz bu qərar düzgündür. Tezliklə bax o layihədə görüşənədək deyib sizə sağol yox, hələlik söyləyirəm".



Sizin Reklam Yeriniz