Əlaqə Arxiv
news Image
2014.04.03
13:14
| A A A
Eyni gündə doğulan hər 3 məşhur ad günü təəssüratlarını bölüşdü

Bu gün Azərbaycan şou-biznesində və mədəniyyətində kifayət qədər xidmətləri olan üç xanımın ad günüdü. Xalq artisti gözəl və əvəzolunmaz rolları ilə milyonların sevimlisi aktrisa Firəngiz Mütəllimova, milli rəqslərimizi özünəməxsus şəkildə xaricdə və Vətənimizdə təbliğ edən rəqqasə Fatimə Fətullayeva və hal-hazırda Türkiyədə Azarbaycan musiqisini, mədəniyyətini daha da tanıdan müğənni İradə İbrahimova ad günlərini qeyd edilər. 


Bu münasibətlə Mövqe.az-ın əməkdaşı sevilən aktrisa Firəngiz Mütəllimova ilə əlaqə saxlayıb. Sənətkarı təbrik etdikdən sonra onun ad günü təəssüratlarını öyrəndib : " Təbriklərinizə görə təşəkkür edirəm. Amma mənim əslində 2 ad günüm var. Birinci mayın biri, ikincisi isə bu gün. Həmişə mən mayın 1-i ad günümü qeyd edirəm. Ancaq baxmayaraq ki, əslində bu gün doğulmuşam. Əvvəllər bu gün sadəcə yaxınlarım , ailəm məni təbrik edirdi. Ancaq necə olubsa artıq bütün Azərbaycan bilir ki, bu gündü ad günüm (gülür-red) .... Hələ ki, hazırlıqlara başlamamışam. Evdəyəm".

Aktrisa əslində niyə iki doğum günü qeyd etməsinin də səbəbini bizə danışdı : " Deməli əvvəllər mayın 1-i bayram idi. Valideynlərim mən anadan olanda doğum haqqında şəadətnaməmi yazdırmağa aparıblar. Orada da deyiblər, qoy mayın 1-nə yazaq. Çünki bayramdı. Valideynlərimdə razılaşıblar".


Rəqqasə Fatimə Fətullayeva da ad günü təbrikimizi qəbul etdikdən sonra sözə başlayıb  : " Diqqətinizə görə təşəkkür üsirəm. Əvvəla bu gün münasibəti ilə  həmkarlarımı təbrik edirəm.  Aprelin 3-ü dünyaya göz açan istedadlı insanları (içərisində mən olmaqla - red)  təbrik edirəm. Bu gün mənim üçün özəl başlayıb. İlk hədiyyəni həyatyoldaşımdan aldım. Gecə isə tələbələrim mənə surpriz hazırlamışdı. Dərs dediyim otağa məni yolladılar, guya nəsə unudulub. Girdim gördüm işıqarı söndürüblər, ad günü mahnısı, tort, təbrik və s. Çox xoşbəxt oldum. Dostlarımda bayaqdan zəng edirlər, təbrik edirlər. Hər kəsə öz təşəkkürümü bildirirəm". 


Qeyd edək ki, Firəngiz Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda, İradə İbrahimova 3 aprel 1980-cı il Bakı şəhərində, Fatimə Fətullayeva isə 3 aprel 1978-ci il Bakı şəhərində anadan olublar.

Sizin Reklam Yeriniz