Əlaqə Arxiv
news Image
2014.04.03
15:59
| A A A
Manana əsl ulduzluq həyatı yaşayır
Ailə qurduqdan sonra şou-biznesdən çox uzaqlaşan əməkdar artist Manana Caparidze əsl ulduz həyatı yaşayır. Mövqe.az xəbər verir ki, efirlərdə çox az-maz görünən müğənni şəxsi həyatını və övladını da mediadan kənarda tutmağı bacarır. Heç bir sosial şəbəkədə olmayan müğənni belə şeylərdən uzaq qaçır. Manana söyləyir ki, sosial şəbəkədə də onun ad və soyadından, şəkillərindən istifadə edərək açılan profillərin heç biri o özü deyil və onların varlığı Mananı heç narahat da etmir : "Çünki o profillərin heç birində mən özüm deyiləm. Və sosial şəbəkədən istifadə etmirəm". 


Xatırladaq ki, Manana Caparidze 2008-ci ilin əvvəlində ailə həyatı qurub və həmin ilin noyabr ayının 10-da Liza adlı qızı dünyaya gəlib.    

Sizin Reklam Yeriniz