Əlaqə Arxiv
news Image
2014.04.07
11:46
| A A A
Məlahət Abbasovadan xəbər var

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovadan xəbər var. 


Məlahət Abbasova AzNews.az-a açıqlamasında bildirib ki, çalışdığı İstanbul Şəhər Bələdiyyə Teatrında quruluşçu rejissoru olduğu Elçinin "Şekspir" əsəri Türkiyədə səhnəyə qoyulub və bu, ölkədə böyük marağa səbəb olub: "Tamaşada oynayan beş aktyorumuz "İlin ən yaxşı aktyoru" mükafatına layiq görülüb. İnşallah, may ayında mükafatın təqdimat mərasimi keçiriləcək".

Həmyerlimiz bildirib ki, tamaşanın musiqisini tanınmış bəstəkar Aygün Səmədzadə yazıb və bu teatr üçün bir uğurdur.

M.Abbasovanın sözlərinə görə, teatr növbəti mövsümdə Hüseyn Cavidin "İblis" əsərini də səhnələşdirməyi planlaşdırır.

Aktrisa Azərbaycan teatrlarından dəvət gözlədiyini də gizlətməyib: "Azərbacan teatrlarında özümü həm aktrisa, həm də rejissor kimi sınamaq istərdim. Çünki harda olsam da, mən Azərbaycan teatrının yetirməsiyəm. Mənim ən böyük arzularımdan biri Azərbaycanın sənət insanlarını burda tanıtmaqdır. Bundan sonrakı tamaşalarımda Azərbaycandan bəstəkar, rəssam və geyim üzrə mütəxəssislər dəvət etmək istəyirəm".

Sizin Reklam Yeriniz