Aygün onu da "blok" etdi !
Müğənni Aygün Kazımova və aparıcı Tural Ozan arasında qalmaqal
yaşanıb. Son günlər müğənni Natəvan Həbibidən "Ramal və
Aygün"davası haqqında rəy alan aparıcı xalq artistinin qəzəbinə tuş
gəlib. Etibarlı mənbələrdən Mövqe.az-a daxil olan informasiyaya
görə aparıcı və müğənni arasında konflikt var. Mövqe.az xəbər verir
ki, aparıcı Tural Ozan ad çəkməsə də İnstagram səhifəsində üstü
örtülü şəkildə xalq artistinə belə cavab verib :
" Çoxsağolun hörmətli ulduz. Bu günə qədər etdiklərimə görə gözəl qarşılıq verdiniz. Həyatda hər şey qarşılıqlıdı. Ünvanlı. Acısı da gözəl. ancaq bu dəfə heç də gözəl olmadı".
Xatırladaq ki, Ramal İsrafilov və Aygün Kazımova arasında "Biletini alma" mahnısına görə qalmaqal yaşanıb. Sonradan xalq artistinə qarşı Ramal nə qədər jest etsə də, Aygün Kazımova onu bağışlamayıb.