Əlaqə Arxiv
news Image
2014.04.07
18:13
| A A A
Ayandan övladının atasına sərt cavab : " Füzuli Azərbaycan kişisinə, dövlət məmuruna yaraşmayan hərəkəti, xarakterini..."

Füzuli Musayev birgə yaşadığı müğənni Ayan Babakişiyevadan imtina edib. Ayrılan cütlük yeni iddialarla bir-birini günahlandırmaqda davam edir. Ayandan Füzuli Musayevın dedikləri barədə açıqlama gəlib. Mövqe.az-a bu barədə açıqlama verən ifaçı bildirb : "Səhv edəndə, aldanan da mənəm. Çünki gəncəm. 52 yaşında bir insan 7 illik münasibəti səhv adlandırması nə dərəcədə düzgündü ? F. Musayev əlində məhkəmənin boşanma qərarı ilə yanıma gəlib, evlənmək təklifi edib. Mən övladımı mənimlə evlənmək iddiasında olan kişidən dünyaya gətirmişəm. Bu gün ayılıb məni və yeni doğulmuş körpəsini səhv adlandırırsabu onun həyat tərzidi. Füzuli Musayev Azərbaycan kişisinə, dövlət məmuruna yaraşmayan hərəkəti, xarakterini ortaya qoyub. Bu açıqlamanı o zərurətdən edirəm ki, mən övladımı evli kişidən dünyaya gətirməmişəm. Amma çox gülməlidi ki, o səhvini uşaq doğulandan sonra başa düşdü. Xoşbəxtəm ki, artıq elə bir insan övladımın və mənim həyatımda artıq yoxdu. İctimaiyyət qarşısında məndən və övladımdan imtina edən insan bizə lazım deyil. Men iradəmlə ayaqda durmağı bacaracam. Ən əsasi isə dövlətimin qanunlarına arxalanıram. 




Sizin Reklam Yeriniz