Əlaqə Arxiv
news Image
2014.04.07
19:09
| A A A
"İndi də Rəqsanənin tay-tuşları zəng edib, qızımı söyürlər" özəl
Müğənni Rəqsanə İsmayılovanın müğənni Əli Mirəliyevi məhkəməyə verilməsi deyilsə də hələ ki, Əli Mirəliyev məhkəmənin bildiriş vərəqəsini almayıb. Bu barədə Mövqe.az-a məlumat verən Əli Mirəliyev Rəqsanənin onu məhkəməyə verməsindən yaman qəzəblənsə də, Rəqsanədən üzr istəməyi heç düşünmür :


 "Kimdi ki, Rəqsanə gah verir, gah vermir. Əşi özü bilər. Rəqsanə ümumiyyətlə bilmir həyatda nə istəyir, nə istəmir. Eşşəyə gücü çatmır, palandan yapışır. O oxuyan deyil ki... Əlbəttə bəyənmirəm oxumağını... Oxuyan olsaydı o məni məhkəməyə verməzdi ki... Rəqsanə nömrəmi oğlanlara, gədə-gudalara verib. İndi də Rəqsanənin tay-tuşları zəng edib, qızımı söyürlər. Çox qəribə məxluqduye. İndi də utanmır məni məhkəmə ilə hədələyir. Mən Azərbaycan musiqisinə canımı fəda etmişəm. Anası deyir qızım 50 Əli kimisinə deyər. Gör 60 yaşlı qadın haqqımda nə deyir. Rəqsanə kimilər sağ şou-biznesə gəlməyərdi. Kaş bu şou-biznes olmayaydı. Belə insanlara əməkdar , xalq artisti adı da verillər. Bədbəxtçilikdi. Sən heç bilirsən musiqi nədir? Xəstə adamam, evdə sistem vurullar. Bu da məni bu yandan əsəbləşdirir. Mən də Türkiyəyə getmişəm, orada ifa etmişəm. Məgər mən adımı dəyişmişəm ? Brilliant Dadaşova getdi adını qoydu Britak, yaşını da azaltdı. Guya biz bilmirik də onun neçə yaşı var. Sonra Rəqsanə getdi, adını dəyişib etdi, Reksona. Mən də zarafat etmişəm. Hə nə olsun ? Atasından da yaşlı adamam".

Sizin Reklam Yeriniz