Əlaqə Arxiv
news Image
2014.04.11
13:10
| A A A
Nadir and-aman etdi ki... - VİDEO

"Bəzi insanlar deyir ki, guya mən qalmaqalın tərəfdarıyam. Bu əsla belə deyil. Mənim qalmaqal etməyə, kiminsə bostanına daş atmağa heç vaxtım yoxdur. Sadəcə düz söz acı olur. Düz sözü dediyimə görə, bəzi insanlar tərəfindən tənqid olunuram. Bu isə məni qətiyyən narahat etmir. Öz işimi bilən insanam". Bu sözləri  Movqe.az-a müğənni Nadir Qafarzadə deyib. Müğənni son günlər adının mediada müzakirə olunmasına bu cür şərh verib:


"İndiyə kimi dediyim heç bir sözdən boyun qaçırmamışam. Sözümün ağasıyam. Bəzən məni özümdə bilmədən qalmaqala salırlar. Bəzən isə ətrafımda baş verən haqsızlıqlara özüm göz yuma bilmirəm. Sözümü bəzən efirdə, bəzən isə sosial şəbəkədəki səhifəmdə bölüşürəm. Nəticədə isə istəmədən qalmaqalın tam mərkəzində oluram. Düşünməyin ki, mən bunu qalmaqal və ya nə üçünsə edirəm. Sadəcə sözümü deyirəm. Bu isə kiməsə xoş, digərinə xoş olmaya bilər. Hamı bilir ki, mən bu sənətə qalmaqalla gəlməmişəm. Əziyyət çəkə-çəkə sənətimdə öz yerimi tutmuşam. Kiminsə sayəsində Nadir Qafarzadə olmamışam. Daim mahnılarımla sözümü demişəm. Hətta ifa etdiyim mahnılarda müzakirə mövzusu olub. Bir ifaçı üçün bundan böyük fəxr, uğur ola bilməz".


N.Qafarzadə daha sonra yaradıcılıq işindən söz açıb: "Yaradıcılığımda yeniliklərim çoxdur. Təxminən ona yaxın yeni mahnı yazdırmışam. Bunlar arasında görkəmli bəstəkarların əsərləri, estrada mahnıları və əski Türk bəstələri yer alıb. Bu gün isə Türkiyənin bir çox tanınmış müğənnilərinin ifa etdiyi "Sevda" mahnımı dinləyicilərin ixtiyarına verirəm. Bu mahnını xeyli müddət idi ki, lentə aldırmaq istəyirdim. Lakin müəyyən səbəblərdən yubanırdı. Bəstə artıq hazırdır. Məncə yaxşı bir mahnı ərsəyə gəlib".


N.Qafarzadənin "Sevda" adlı mahnısını təqdim edirik:


Sizin Reklam Yeriniz