Əlaqə Arxiv
news Image
2014.04.11
16:56
| A A A
Demet Akalından Mustafa-Eminə Sandal cütlüyünə zərbə

Türkiyənin məşhur müğənnisi Demet Akalın, Mustafa və Emina Sandal cütlüyünə ağır zərbə vurub. 


Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bu il "Dosso Dossi Fashion Show"da səhnəyə çıxacaq Akalın, keçən il  yeni tədbirdə iştirak edən cütlüyün bilikdə aldığı qonorarı təkbaşına alıb. 


Serbiyanın məşhur pop ulduzu Əminə keçən il "Dosso Dossi Fashion Show"dakı çıxışından 50 min lirə, qala gecəsində konsert verən Mustafa Sandal isə 100 min lirə almışdı. Demet Akalın isə onların birlikdə qazandığı 150 min lirəni təkbaşına alaraq cütlüyü aciz vəziyyətdə qoyub.


Qeyd edək ki, Demet Akalınla Sandal cütlüyü arasında uzun zamandan bəri davam edən gərginlik, rəqabət var. Gərginliyə, Əminə Sandalın "Satışlarda Top onluğa düşdüm" sözlərinə Demetin "Get ölkəndəki top onluqda ol" cavab verməsi səbəb olub.

Sizin Reklam Yeriniz