Əlaqə Arxiv
news Image
2014.04.14
12:14
| A A A
Ayan möhtəşəm ad günü keçirdi - FOTOLAR

Müğənni Ayan Babakişiyevanın 25 yaşı tamam oldu. Müğənninin mətbuat katibi Movqe.az-a xəbər verir ki, gənc ana və sevilən müğəniyə özəl günündə dostları party təşkil edib, Ayanı təbrik edbilər. Ertəsi gün isə Ayan uzun illərin dostlarını ətrafına topladı. Bir masa arxasına cəm olan ziyalılar - bəstəkar, şairə Xanım İsmayılqızı, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, bəstəkar Elçin İmanov, aktyor Şeyx Əbdül Mahmudbəyov səbəbkar haqqında ən xoş arzularını dilə gətirdilər. Yubileyin davam edən saatlarında Ayanla illərdir dostluq edən məhşur şirniyyatçı, "Bu bir sirdir" verlişinin aparıcısı və rəhbəri Bəhruz bəy özünün hazırladığı tortla məclisin iştirakçıları sırasına qatılıb.


Qeyd edək ki, Xanım İsmayılqızının Ayan xanımla yaradıcılıq münasibəti son illərə söykənir. Müğənni xanım bəstəkardan həm yaradıcılıq dəstəyi, həm doğmalıq gördüyündən, münasibətin qarşılıqlı olduğunu bildirir. Baba Vəziroğlu ilə Ayan Babakişiyevanın dostluğu isə uzun illərə söykənir. Şairin daha çox bəstəkar Kamal müəllimlə birlikdə yazdığı bir neçə mahnıya nəfəs verən Ayan Babakişiyeva bu tandemdə uğurlu nəğmələrin davam edəcəyinə söz verib. Elçin İmanovu həm mənəvi atası və ilk müəllimi adlandıran yubilyar ondan bu gündə öyrəndiyini və yeni bəstələrini səsləndirəcəyini bildirib. Ayanın sənətinə hörmət edən Şeyx Əbdül Mahmudbəyov ona uğurlarının davamını və övladına gözəl ana olmağı arzuladı.


Qeyd edək ki, Ayan qardaşı Samir Babakişiyevlə əkizdilər. Hazırda Türkiyədə çalışan sənətçinin qardaşı özəl günlərində ailəsinin yaynıda olmağı tərciyə edib. Bundan əlavə xatırladaq ki, Ayan Babakişiyeva bu yaxınlarda, bir neçə ay bundan öncə dünyaya gələn körpəsinin atası Füzuli Musayevlə olan 7 illik əlaqəsini bitirib. 




Sizin Reklam Yeriniz