Əlaqə Arxiv
news Image
2014.04.15
11:52
| A A A
Arnold Şvartsеneqqerin baş qəhrəmanı olduğu film Azərbaycanda

Nizami Kino Mərkəzində "Sabotaj" və "Cavemen" filmlərinin nümayişi başlanacaq.  Mövqe.az-a Nizami Kino Mərkəzindən daxil olan informasiyaya görə, aprelin 17-dən etibarən Nizami Kino Mərkəzində " Sabotaj " və "Cavemen" filmlərinin nümayişi başlanır. Skip Vudsun ssenarisi əsasında rejissor Devid Eyrin ekranlaşdırdığı filmdə baş qəhrəmanın obrazını Amerika kinosunun əfsanəsi Arnold Şvartsеneqqer canlandırıb.


Döyüş, kriminal dram, triller janrında çəkilmiş bu film narkotiklə mübarizə idarəsinin elit bölməsinin əməkdaşlarının narkokaratelin əlaqə evində keçirdikləri əməliyyat nəticəsində əldə etdikləri milyonları rəhbərlikdən gizlətmələrindən bəhs edir. Amma, bu iş o qədər də asan olmur. Bir müddətdən sonra tapşırıqda iştirak edən döyüşçülər kiminsə tərəfindən bir bir öldürülür.


Növbəti "Cavemen" filminin rejissoru Koul Pyendir. Film komediya və melodram janrlarının remiksidir.


Ekran əsərinin qəhrəmanı Los –Ancelesli Din dostları ilə birlikdə kef məclisləri qurur, qızlarla əylənir bir sözlə yüngül həyat yaşayırlar.


Günlərin birində Din həyat tərzini dəyişib əsl məhəbbət tapmağı qərara alır. Lakin bu o qədərdə asan olmur.


Filmdə Aleks Vidov, Çeri Betan, Bredli Dodds, İlana Quralnik və digər aktyorlar çəkilmişlər.

Sizin Reklam Yeriniz