Əlaqə Arxiv
news Image
2014.04.17
18:48
| A A A
Samiraldo: "Pul ver səni reklam edim, reklam ehsan deyil ki..."- özəl

Bu dəfə də stilistlər arasında qalmaqal yaşanıb. Chanel Anar adı ilə tanınmağa çalışan stilist  həmkarı və artıq neçə illərdir ki, peşəkar stilist kimi tanınan Samiraldo haqqında belə söyləyib: "Samiraldo özünü kloun kimi təqdim edir bu da stilist sözünə ləkədi!". Bu fikirləri eşidən stilist Samiraldo sadəcə gülüb, Mövqe.az-a bunları əlavə etdi: " Mən bir Anar tanıyıram. O da güclü vizajistdi. Tanımadığım insana nə deyim ? Demokratik ölkədə yaşadığımız üçün o da söz azadlığından istifadə edir. Deyir, qoy desin. Məni tanıyan tanıyır. Mən ona cavab versəm bu onun üçün reklam olacaq. Pul versin, buyursun onu nə qədər istəyir reklam edim. Reklam ehsan zaddı məgər ? Mənim hər kəlməm sensasiyadı".


Stilist Samiraldo bu peşəyə necə çətinliklə gəldiyi barədə də danışıb: "Mən stilist olmaq üçün nələrdən keçməmişəm. Avtoqrafiyamı hər kəs bilir. Mən 1-2 aya stilist olmamışam. Bu sənətə illərimi vermişəm. Mən fabrikda işləmişəm tikməyi öyrənmişəm. Rəssamlığı öyrənmişəm. Makiyaj məktəbi keçmişəm. Ona görə də ölkənin əsas stilisti adlanmışam. 2-3 nəfərin başını pis günə qoyurlar, artıq olurlar stilist... Nə deyim vallah. Bəzən geyimimi ələ salırlar,nəsə deyirlər. Mənə bu xoşdu, geyinirəm. Bunun kimə nə aidiyyatı var axı? Sadəcə bunu başa düşməyənlər savadsızdırlar".

Sizin Reklam Yeriniz