Əlaqə Arxiv
news Image
2014.04.18
16:14
| A A A
"O mənim yanağımdan öpüb"
Hazırda Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı iş xanımı, eks tele-aparıcısı Leyla Süleymanova yerli mətbuatımızda haqqında çıxan şayiələrə aydınlıq gətirib. Öncə diqqətinizə çatdıraq ki, onun barəsində Türkiyə mətbuatında qardaş ölkənin tanınmış futbolçu fənərbaxçalı Səlçuk Şahinlə eşq yaşandığı xəbərləri yayılmışdı. Buna istinadən həmin xəbərlər yerli mətbuatımızda da dərc olunub. Bundan dolayısı Movqe.az-a açıqlama verən L. Süleymanova haqqında çıxan dedi-qoduların əsassız olduğunu bildirib: "Bu haqda Türkiyə mətbuatına açıqlama vermişik. Bir də Azərbaycan mətbuatına açıqlama vermək istəyirəm ki, yazılanlar doğru deyil. Səlçukla sadəcə dostluq münasibətimiz var. Əsla sevgili deyilik. Rəfiqəm, türk aktrisası Ebru Öztürkün oynadığı "Aşk oyunu" filminin qalasının sonra partisindən sonra Selçuk məni evə yola salarkən sağollaşıb dostca görüşüb-öpüşdük. Fotolara diqqətlə baxılsa görüləcək ki, o mənim yanağımdan öpüb. Dostla bu cür sağollaşmaq normal haldır. Sadəcə xahiş edirəm, bunu kimsə olmayan yerə yozmasın. Haqqımda çıxan dedi-qodular ürəyimcə deyil".
Sizin Reklam Yeriniz