Əlaqə Arxiv
news Image
2014.04.18
16:38
| A A A
Azərbaycanda subay qızlar üçün gözəllik yarışı keçirilir

Azərbaycanda ilk dəfə olaraq "Miss Globe İnternational" gözəllik müsabiqəsi təşkil olunacaq. Movqe.az xəbər verir ki, şirkət rəsmisinin Movqe.az-a verdiyi məlumata görə, sözügedən müsabiqənin münsiflər heyətində dünyanın tanınmış simaları iştirak edəcək. Müsabiqəyə iyunun 11-i start veriləcək. Final şousu isə iyun ayının 21-də Bakının ən möhtəşəm konsert salonunda keçiriləcək. Bununla əlaqədar yaxın günlərdə media nümayəndələri üçün mətbuat konfransı təşkil olunacaq. Qeyd edək ki, adıçəkilən müsabiqə irqindən, dinindən və mədəniyyətindən asılı olmayaraq 18-24 yaş arasında olan subay qızların qatıldığı dünyaca məşhur gözəllik yarışmasıdır. 


Xatırladaq ki, müsabiqə ilk dəfə 1925-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilib. Daha sonra ABŞ, Malta, Şimali Kipr Türk Respublikası, Albaniya kimi ölkələrdə təşkil olunub. "Miss Globe İnternational" müsabiqəsi 88-ci dəfə 2012-ci ildə keçirilib və müsabiqənin qalibi Braziliyanı təmsil edən Jakelyne De Oliveira münsiflər heyətindən 184 bal alaraq Gözəllik Kraliçası seçilib. 89-cu "Miss Globe İnternational" 2014-cü ilin iyununda Azərbaycanda həyata keçəcək. 


Sizin Reklam Yeriniz