Əlaqə Arxiv
news Image
2014.04.18
19:27
| A A A
“Nə çətinlik, nə də yorğunluq hiss edirəm”- Aygün
Yaradıcılıq fəaliyyətini Türkiyədə davam etdirən xalq artisti Aygün Kazımova vətənə dönüb. "Qafqazinfo"ya daxil olan açıqlamasında xalq artisti Azərbaycandakı işlərini qaydaya saldıqdan sonra qardaş ölkəyə yollanacağını bildirib: 


"Hazırda vətənimdəyəm, buradakı işlərimi yoluna qoymaq üçün qayıtmışam. İşlərini hər iki ölkədə davam etdirmək çətin olsa da, mən bundan məmnunam. İşlərim ürəyimcə alınanda nə çətinlik, nə də yorğunluq hiss edirəm. Bir neçə gün sonra Türkiyəyə qayıdacam. Bilirsiniz ki, aprelin 22-i  ""Coffee from Colombia"   albomum işıq üzü görəcək.  Mahnılarım Türkiyənin bütün telekanallarında səslənəcək. İnşallah, gələcəkdə qarşınıza daha böyük layihələrlə çıxacam".

Sizin Reklam Yeriniz