Tanınmış müğənni həyat yoldaşını niyə döyüb ?
Əməkdar artist Cavanşir Məmmədov canlı yayımda həyat yoldaşını
döydüyünü etiraf edib. Mövqe.az xəbər verir ki, " Oturduğumuz
yerdə" verlişinin hələ efirə getməyən buraxılışında müğənni 30
ildən artıqdır birlikdə olduğu həyat yoldaşını cəmi bir dəfə
döydüyünü açıqlayıb: " Evləndiyimizdən bir həftə keçirdi.
Müğənnilərin də gecə həyatı hər kəsə məlumdu. Yəni, toylara
gedirik, evə gec qayıdırıq. Saat 4 idi evə gəldim, gördüm qapını
açan xanımım mızıldayır ki, evə də bu vaxt gələrlər. Saat gör
neçədi filan. Ona bir şillə vurdum və başa saldım ki, sənin əlin
göydə olsun ki, təki mən hər gün belə gec gəlim. Evə qazanc
gətirim. O da öz səhvini anladı".
Kişinin bəzən xanımını döyməyinə haqq verən müğənni hal-hazırda ailəsində çox xoşbəxt olduğunu da açıqlayıb.