Əlaqə Arxiv
news Image
2014.04.22
13:46
| A A A
Nadir Qafarzadədən partlayış xəbərdarlığı – VİDEO

Qalmaqallı açıqlamaları və şou-biznesdə etdiyi layihələri ilə özündən söz etdirən müğənni Nadir Qafarzadədən xəbər var. Movqe.az-ın məlumatına görə, N.Qafarzadə növbəti dəfə xalq artisti Zeynəb Xanlarovanın repertuarına müraciət edib. O, dünya şöhrətli sənətkarın ifasında olan "Xalidə" adlı mahnısı lentə aldırıb.


N.Qafarzadə yaradıcılığında baş verən yenilik barəsində isə Movqe.az-a bunları söyləyib: "Bu gün yeni mahnımı təqdim edirəm. Bu bəstəni Azərbaycanın dahi sənətkarı, dünya şöhrətli müğənnisi Zeynəb Xanlarova ifa etmişdi. Elə o vaxtlardan bu mahnı mənim ürəyimdə öz yerini tapmışdı. Əksər hallarda bu mahnını züm-zümə edirdim. Daha sonra qərara aldım ki, bu bəstəni repertuarıma daxil edim. Bundan əlavə bir neçə mahnı da ifa etmişəm. Lakin hələ onu açıqlamaq istəmirəm. Amma bircə onu deyim ki, səs-küyə səbəb olacaq. Öncədən xəbərdarlıq edirəm. Partlayışa hazır olun".



Sizin Reklam Yeriniz