Əlaqə Arxiv
news Image
2014.04.22
16:08
| A A A
Xınayaxdısından fotolar yayıldı

7 ilə yaxındır "Humay" qızlar ansamblına rəhbərlik edən tarzən və müğənni Humay Qədimova milli adət-ənənələri tərənnüm etməkdə davam edir. Bu günlərdə yerli telekanallarda olan Azad Azərbaycanın ekranlaşdırdığı bu qəbildən olan filmdə qızlardan ibarət ansambl xınayaxdı səhnəsini canlandırıb. Ansamblın hazırladığı səhnə əsl bayram əhval-ruhiyyəsində təqdim edilib.Mövqe.az xəbər verir ki,  Humay xanım qızları ilə birlikdə illərdən qorunub gələn bu ənənəni əyani şəkildə göstərib. Ailə quran cütlüyün həyatında yaşanan xınayaxdı mərasimində milliliyin qorunmağın vacibliyi xüsusi vurğulayıb. Ansamblla yanaşı şairə Nazilə Səfərli də verlişə öz tövhəsini verib. Humay Qədimova təbliğatın bir qolunu də milli geyimlərin təşkil etdiyini bildirdi və qarderoblarından bunu əskik etmədiklərini bildirdi.


Sənətçi tezliklə ansamblın təqdimatında illərdən bu günümüzə gələn bir çox adət-ənənələri ekrana gətirəcəklərini bildirdi.


"Bəzi adətlərimiz var ki, zamanla unudulur. Gənclər müasirliyə can atır. Biz milli adətlərimizi elə bir tərzdə təqdim etmək istəyirik ki, yaşından asılı olmayaraq, bəyənilsin" – deyə sənətçi bildirib.



Sizin Reklam Yeriniz