Əlaqə Arxiv
news Image
2014.04.25
16:47
| A A A
Şaron Ston xəstəxanaya qaldırıldı

56 yaşındakı məşhur aktrisa Şaron Stonun xəstəxanaya qaldırıldığı iddia edilib. 


Movqe.Az xəbər verir ki, aktrisanın bu ayın əvvəlində AIDS üçün çalışan "amFAR"ın xeyrinə təşkil edilən gecəyə ev sahibliyi etdiyi Braziliyada xəstəxanaya qaldırıldığı iddia edilib. 


Həftəlik National Enquirer jurnalının 5 mayda bazara çıxacaq sayında yerləşən xəbərə görə, iflic keçirdiyi iddia edilən 56 yaşındakı aktrisa xəstəxanada iki gün müalicə görüb. 


Sao Paulo şəhərindəki başqa qaynaqlar isə onun infeksiya və ya ağır qrip səbəbiylə xəstəxanaya qaldırıldığını yazıb. 2001-ci ildə beyin qanaması keçirən aktrisanın vəziyyətiylə əlaqədar hələlik şərh verilməyib.

Sizin Reklam Yeriniz