Əlaqə Arxiv
news Image
2014.04.28
11:31
| A A A
Ümman yeni layihələr təqdim edəcək

Azərbaycanın rok ifaçısı Ümman bu günlərdə "Zərrə-zərrə" adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib. Sözləri Sahibə Rəşid, musiqisi Valeh Əhmədə aid mahnı hazırda bir neçə radio dalğasında səslənməkdədir. Dinləyicilər tərəfindən rəğbətlə qarşılanan mahnıya onlar tərəfindən klip çəkmdirmək təklifi gəlib. Pərəstişkarlarının istəyini nəzərə alan rokçu xanım bu günlərdə sözügedən mahnının ekranlaşması üçün fərqli görkəmdə kameralar önünə keçəcək. Klip rejissor Rəhman Əliyev tərəfidən çəkiləcək. Operator işini isə Delee görəcək. Bu, sayca Ümmanın 4-cü klipi olacaq.

Bu ərəfələrdə müğənni daha 2 yeni mahnısını yazdırıb. "Ovutma məni" və "Günahkaram" adlanan mahnılar da yaxın vaxtlarda dinləyicilərə təqdim ediləcək. Bundan başqa, Ümman tanınmış türk müğənnilərindən biri ilə duet ifa edəcək. Mahnı türk müğənnisi tərəfindən yazılıb. Hazırda aranjimandadır. Duet hazır olduqdan sonra Türkiyədə elə türk rejissoru tərəfindən klip çəkiləcək.

Təqdim olunacaq layihələrin rəhbəri Azər Nəsibovdur.

 



Sizin Reklam Yeriniz