Əlaqə Arxiv
news Image
2014.04.29
11:00
| A A A
Tanınmış jurnalisti müğənniliyə başlayıb

Movqe.az bildirir ki, ATV - nin tanınmış jurnalisti müğənniliyə başladı. "ATV Maqazin" verilişinin baş repartyoru və aparıcısı jurnalist Vüqar Kamiloğlu ifaçılığa başlayıb.

Söz və musiqisi Tural Bakuviyə, aranjimanı isə Ramal Rəsula məxsus olan "Ay Qız" adlı duetin necə yaranmasını öyrənmək məqsədi ilə mahnını ifa edən hər iki ifaçının fikirlərini almağa çalışdıq.

"Mən bu sənətlə əslində uşaqlıqdan məşğulam. Və mənim ifaçılıq sahəsi üzrə diplomum var. İfaçılıq üzrə müəllimlərim Xalq Artistləri Əlibaba Məmmədov, Mələkxanım Əyyubova, Canəli Əkbərov, İslam Rzayev dahi vokal ustası əməkdar artist Yaşar Səfərov və dahi vokal ustası Mobil Əhmədov olub.

Duet ortağım Ramal Resulla duetimə gəlincə təklif məndən gəldi. Ramalın olduqca çox gözəl səsi var. Və çox istedadlı insandır." - deyə Vüqar Kamiloğlu bildirdi. 

Ramal Rəsulun fikirinə gəlincə Ramal isə bunları söylədi: "Vüqarın səsinin olduğunu bilmirdim. Vüqar bizim studioya gəlmişdi. Məndən bir mahnı istəyirdi. Məndə söylədim ki, mənim üçün bir canlı mahnı ifa et. O da etdi. Çox bəyəndim. Və belə qərara gəldik ki, bir duet yazaq." - deyə Ramal Rəsul açıqlama verib.


Movqe.az sözügedən dueti təqdim edir:



Sizin Reklam Yeriniz