Valeriy Meladze boşanır və qızı depressiya düşüb
Movqe.Az Rusiya mətbuatına istinadən
xəbər verir ki, əslən gürcü olan və Rusiya şou biznesində kifayət
qədər məşhur olan Valeriy Meladze rəsmi olaraq həyat yoldaşı 46
yaşlı İrinadan boşanır. Boşanmaq üçün ərizəsini ilk olaraq İrina
məhkəməyə təqdim edib və onun maraqlarını vəkili Aleksandr
Dobrovinskiy müdafiə edəcək. İrina bu addımı atmaqda 10 ildir ki,
tərəddüd edirdi. Müğənni özü isə iki qadının həyat yoldaşı 46 yaşlı
İrina və 33 yaşlı Albina Canabayeva arasında qalmışdı. Meladzenin
İrinadan 3 qız övladı, İnqa (21) ,Sofiya ( 13) , Arina ( 9)
var."ВИА Грa" qrupunun eks solisti Albinadan isə 7 yaşında
Konstantin adlı bir oğlu var.
Onu da qeyd edək ki, Valeriy həyat
yoldaşı İrina ilə institutda oxuduğu zaman tanış olmuşdular. İndi
V.Meladzenin kiçik qızı Arina valideynlərinin boşanmalarına görə
depressiyadadır.