Əlaqə Arxiv
news Image
2014.05.05
13:02
| A A A
Müğənnimiz Saakaşvili ilə - FOTO

Azərbaycanlı müğənninin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə çəkdirdiyi şəkil yayımlanıb.

Movqe.az-ın məlumata görə, M.Saakaşvili Bakıda olduğu müddət ərzində paytaxtın dəbdəbəli "Şəki" restoranında qonaq olub. Restoranda keçmiş prezidentin qarşısında çıxış edən gənc müğənni Teymur Qədirov isə ifasıyla diqqət çəkib.

Belə ki, M.Saakaşvili dinlədiyi müğənninin ifasını bəyəndiyini deyərək, onu Gürcüstana dəvət edib.

Müğənni M.Saakaşvili ilə çəkdirdiyi şəklini sosial şəbəkələrdə paylaşıb.

Onu da qeyd edək ki, T.Qədirov bu yay ərəfəsində Bakıda konsert proqramıyla çıxış edəcəyi gözlənilən Türkiyənin məşhur müğənnisi Gökhan Özən ilə eyni səhnəni bölüşəcək.

T.Qədirovun konsertdə ifa etdiyi "I love you" ("Mən səni sevirəm") mahnısına çəkdirdiyim klipin də təqdimatı olacaq. Klip Gökhan Özənin "Budala" klipinin oxşarıdır.


Sizin Reklam Yeriniz