Əlaqə Arxiv
news Image
2014.05.05
13:39
| A A A
Bakıda növbəti təhsil sərgisi...

Mayın 3 və 4-də Türkiyənin məşhur "Edufairs" sergi şirkətinin təşkilatçılığı ilə Bakıda növbəti təhsil sərgisi açılmışdır. 


Movqe.az xəbər verir ki, sərgidə ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Gürcüstan, Litva, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin ali təhsil müəssisələrinin rektorları, dekanları, professorları, səlahiyyətli məsul şəxsləri, həmçinin dünyanın ən böyük kino akademiyası olan "New York" Kino Akademiyasının və İordaniya Krallığının Aviasiya Akademiyasının nümayəndələri iştirak etmişlər. 


Sərginin açılış mərasimində "Empati Group" təhsil şirkətinin rəhbəri Kənan Saqiyev bildirmişdir ki, "Edufairs" sergi şirkəti,"English Time" və "Empati Group"un birgə təşkil etdikləri sərgidə 10 ölkənin 50–dən çox ali təhsil müəssisəsi iştirak edir. Mərasimdə dövlət və özəl universitetlərdə yüksək keyfiyyətli təhsil imkanı, MBA proqramları, sertifikatlaşdırılmış ingilis dili və digər proqramlar, eləcə də pulsuz ali təhsil almaq imkanları barədə ətraflı məlumat verilmişdir. 


Bildirilmişdir ki, sərginin məqsədi xaricdə təhsillə maraqlanan şəxslərin dünya universitetlərinin nümayəndələri ilə birbaşa görüşlərinin təşkilini reallaşdırmaqdır. Sərgidə bir çox nüfuzlu xarici təhsil müəssisələri barədə soraq kitabları, bukletlər nümayiş etdirilmişdir. 


İştirakçı ölkələrin təhsil müəssisələrinin nümayəndələri, eyni zamanda, təmsil etdikləri universitet və xarici dil tədris məktəbləri ilə bağlı sualları cavablandırmış, qəbul şərtləri, təhsil proqramları barədə məlumat vermişlər. İki gün davam edəcək sərgi çərçivəsində bir sıra seminarların keçirilməsi də nəzərdə tutulmuşdur.


Sizin Reklam Yeriniz