Azərbaycanlı modelin türk həyat yoldaşı məhkəmədə
Türkiyəli məşhur aktyor Tolqa Karel Senem Kuyucuoğlunu məhkəməyə
verib. Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor
T. Karel 2009-cu ilin Türkiyə gözəli olan Senem Kuyucuoğlunun "Mənə
narkotiki ilk olaraq Tolqa Karel verdi" fikrini qəbul etməyib. Bunu
sadəcə günahlandırma adlandıran T. Karelin vəkili məsələyə
qarışmalı olub : " Bu çox ciddi günahlandırmadı. Tolqa Karelin bu
zərərli maddə ilə heç bir əlaqəsi yoxdu. Senem Kuyucuoğlunun bu
fikirləri sadəcə şər-böhtan xarakterlidi. Bu iftira Karelin
bütün ailə, sosial və peşə həyatını zədələməyə meyillidir. Ona görə
də biz məhkəməyə müraciət edib, dava açdıq".