Əlaqə Arxiv
news Image
2014.05.07
19:12
| A A A
AST Telmanın prezidentin qardaşı arvadı ilə əlaqəsi üzə çıxdı - foto

M.Nazarbayeva prezidentin qardaşına məxsus malikanələri və bahalı daş-qaşları mənimsəməkdə ittiham olunur.

Axşam.az "Azerfax"a istinadən xəbər verir ki, Qazaxıstan mətbuatında Mayra barədə gedən yazılarda onun geniş əlaqələrindən də bəhs olunur. Yeri gəlmişkən, M. Nazarbayeva birinci nigahdan olan oğlu Daniyara Malaziyanın baş nazirinin qızını alıb. Özü isə azərbaycanlı iş adamı Zaur Abdullayevlə birgə yaşayır.

Bu günlərdə isə Mayra ilə bağlı daha bir maraqlı məqam ortaya çıxıb. Məlum olub ki, onun Rusiyanın biznes adamları ilə də geniş əlaqələri var. Bu sırada azərbaycanlı iş adamı Telman İsmayılovun da adı çəkilir. Qazaxıstan mətbuatı Mayranın "AST Telman"la isti münasibətinin hansı tellərlə bağlı olduğunu araşdırmağa çalışır. Bu kimi xəbərlərdə Mayranın T.İsmayılovla birgə çəkdirdiyi foto da təqdim olunur.

Sizin Reklam Yeriniz