Əlaqə Arxiv
news Image
2014.05.12
15:44
| A A A
Sənət yoldaşları Xanım Qafarovaya "sürpriz" etdi

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi mayın 9-da, respublikanın əməkdar artisti Xanım Qafarovanı ziyarət ediblər. Ziyarətin məqsədi, aktrisanı doğum günü münasibətilə təbrik etmək olub.

Mövqe.az xəbər verir ki, teatrın rəhbərliyi, aparıcı aktyorları, eləcə də gənclərin bu əlamətdar tarixdə Xanım Qafarovanı xatırlaması, uzun zamandır ağır xəstəliklə mübarizə aparan aktrisaya ruh yüksəkliyi, mənəvi kömək olub. Mövqe.az -a danışan aktrisa çox sevincli olduğunu dilə gətirib:

"Teatr kollektivi sağ olsun, məni heç vaxt unutmayıb, hər çətin anımda yanımda olublar. Ad günü təbriki də mənə xoş bir sürpriz oldu. Özəlliklə gənclərin ziyarətini mən, sənətə, sənətkara verilən dəyər kimi qiymətləndirirəm" - deyə bildirən aktrisa, həmkarları ilə növbəti görüşün səhnədə olması arzusunu dilə gətirdi.

Sizin Reklam Yeriniz