Əlaqə Arxiv
news Image
2014.05.12
15:55
| A A A
Aygün Kazımova bu dəfə də Mustafa Cecelini seçdi

Xalq artisti Aygün Kazımova və türkiyəli müğənni Mustafa Ceceli işbirliyinə başlayıb. Mövqe.az xəbər verir ki, İstanbulda səsyazma studiyasında bir araya gələn iki sevilən müğənni  "Azərbaycan" mahnısı üzərində işləyiblər. Mövqe.az xəbər verir ki, sözləri Cəlal Qurbanova, musiqisi Hikmət Mirməmmədliyə məxsus olan "Azərbaycan" mahnısını yenidən Mustafa Ceceli arenjemanında eşidəcəksiniz. Xalq artisti A. Kazımova isə bu barədə açıqlamasında qeyd edib: "Mustafa həm mahnını arenjeman edib, həm də ki, ən çətin alətlərdə özü ifa edib".

Hər iki müğənni bir-birinin peşəkarlığına heyran qalıb. Xalq artisti hətta Mustafa Cecelinin səmimiyyətinə vurulub: "Çox möhtəşəm musiqiçi və çox gözəl insansan. Adın çox yüksək. Ancaq özün çox sadəsən. Belə gözləməzdim. Bilməzdim belə sadə insansan Mustafa. Niyə görə beləsən Mustafa? Niyə sənin burnun göylərdə deyil Mustafa ?" Mustafa Ceceli isə cavabında "Buna nə gərək var Aygün xanım" deyib.


Qeyd edək ki, işbirliyinə Azərbaycan musiqisi ilə başlayan cütlük hələ qarşıda çox birgə layihələr edəcəklərini də açıqlayıblar. 



Sizin Reklam Yeriniz