Əlaqə Arxiv
news Image
2014.05.14
11:50
| A A A
"Miss Eurovision"la bağlı möhtəşəm parti keçiriləcək

Xəbər verdiyimiz kimi, mayın 23-də "Miss Eurovision" gözəllik müsabiqəsi ilə bağlı parti keçiriləcək.  


Mövqe.az-ın  məlumatına görə, bu barədə "High Life Fashion & Model Academy"nin baş direktoru və layihənin təşkilatçısı Aqil Məmiyev məlumat verib. 


Onun sözlərinə görə, "The Public" restoranında keçiriləcək gecədə müğənnilər Zamiq Hüseynov, Emil Bədəlov, Aysel Əlizadə, Sevil və Sevinc bacıları, Seyran Babayev, Zarina Məmmədova, Elnarə Xəlilova, reper Cin, "Dostlar" qrupu və başqaları iştirak edəcək. Aparıcılar Şəhriyar Əbilov, Samir Bayramlı, Elvin Mərdanov, Tural Ozan, Cavid Gül və Rəhman Rəsulov olacaq.


Təşkilatçı həmçinin iyunun 1-də keçiriləcək final mərhələsi haqda danışıb. O deyib ki, yarışmanın münsif heyətində ciddi dəyişikliklər var:


"Jüridə Ruhi Əliyeva, Bülent Cantimur, Turan İşıqli, Nərgiz Cəlilova, Şəhriyar Əbilov, Hüsniyə Mürvətova, İlqar Əliyev, Röya Ayxan, Murad Dadaşov, Mübariz Allahverdizadə, Aqil Məmiyev, Syama, Afaq Gəncəlinin yer alacağı planlaşdırılır. Gələn il sözügedən yarışmanın dünya müsabiqəsinin də ölkəmizdə keçirilməsi nəzərdə tutulur".


Qeyd edək ki, artıq final gecəsinin biletləri satışa çıxarılıb. Biletlərin qiyməti 20-50 arası dəyişir. Ətraflı məlumat almaq üçün (055) 265 55 61nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Sizin Reklam Yeriniz