Əlaqə Arxiv
news Image
2014.05.15
11:45
| A A A
Məlahət Abbasova kiminlə əvəzləndi? – VİDEO – FOTO

Xəbər verdiyimiz kimi, müəllifi mərhum bəstəkar, Azərbaycanın xalq artisti Emin Sabitoğlunun adı qeyd olunan müğənni Rusonun ifa etdiyi "Ay gecə" mahnısına çəkilən klipin "Youtube"da yayımlanan anonsunda həm müəllif hüquqları, həm də yaradıcı keyfiyyətinə görə birmənalı qarşılanmayıb, ajiotaj yaradıb.


Məlumat üçün bildirək ki, mahnının əsl müəllifi Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesinin motivləri əsasında 1987-ci ildə çəkilən eyniadlı filmin bəstəkarı və mahnının ilk ifaçısı Qasım Xəlilovdur.


Erotik görüntülərdən ibarət çəkilən klipin anonsunda digər nəzərdən yayınmayan məqam isə mahnının sözlərinin müəllifinin Həsən Ağayev olmasıdır. Amma mahnının sözlərinin əsl müəllifi Azərbaycanın xalq şairi Nəbi Xəzridir. Onu da bildirək ki, mahnının sözlərində əlavələr və dəyişikliklər olub.


Movqe.az xəbər verir ki, "Youtube"da yayımlanan klipin anonsundan göründüyü kimi, daha çox açıq-saçıq geyimlərdə rəqs edən gənc kollektivlərdən və erotik görüntülərdən istifadə olunub. Təbii ki, bu, diqqət çəkməyə bilməzdi...


Müqayisə baxımdan filmdəki səhnələrlə klip arasında oxşarlıqlar var ki, bunun da nümayişi təhqiramiz şəkildə göstərilib. 1987-ci ildə xalq artisti Gülcahan Güləhmədova və əməkdar incəsənət xadimi Tariyel Vəliyevin rejissoru olduğu "Sən həmişə mənimləsən" filmində tanınmış aktrisa Məlahət Abbasova baş rolu-Nargilə obrazını canlandırıb. Filmdəki bir səhnədə Nargilə kluba gəlir və gənclərə qayınıb-qarışmaq üçün pop-estrada janrında olan "Ay gecə" mahnısını Azərbaycan qızlarına məxsus milli üslubda təqdirə layiq şəkildə rəqs edir. Bunun tam əksi olaraq, klipdə rəqs edən müasir "Nargilə" mini şort geyimdədir və erotik ab-hava yaradır.


Təbii ki, 80-ci illərlə bügünkü günümüz arasında bir çox istalahlar baş verib, amma bu ona dəlalət etmir ki, əqli-mülkiyyət hesab olunan yaradıcı məhsullar və onun müəllifləri bu formada təqdim olunsun.


Artıq məsələylə bağlı hər iki tərəf müəyyən qədər məlumatlıdır. Buna isbat olaraq, müğənni Rusonun "Ay gecə" klipi tam versiyada "Youtube"da yayımlanıb və musiqi müəllifi Qasım Xəlilov olduğu qeyd olunub. Mahnının sözlərinin müəllifi adı isə yazılmayıb. Əvəzində Həsən Ağayev arnjiman müəllifi kimi qeyd olunub.


Məsələylə bağlı araşdırma davam edir və tərəflərin mövqeyini dərc etməyə hazırıq.


http://www.youtube.com/watch?v=ql1JSdJC55A


http://www.youtube.com/watch?v=dz11XFgPL3s

Sizin Reklam Yeriniz