Əlaqə Arxiv
news Image
2014.05.15
18:00
| A A A
Rihanna sevgilisindən yenə ayrıldı

Çoxsaylı mübahisələrdən, incikliklərdən sonra bu ilin fevralında Fransada birlikdə görünən Rihanna və sevgilisi, amerikalı müğənni Dreyk ayrılıblar.


Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Dreyk, mayın 5-də Rihannanın verdiyi partidə iştirak etməyib. Dostlarının dediyinə görə, onlar daha görüşmürlər.

Qeyd edək ki, cütlük bundan əvvəl də bir neçə dəfə küsüb-barışıb. Ümimiyyətlə, onların münasibəti lap əvvəldən daha çox tərəflərin dava-dalaşı ilə gündəmdə olub. Hətta iki il əvvəl Dreyklə dostları Rihannanın keçmiş sevgilisi Kris Braunun dəstəsi ilə Manhettendəki klubların birində əlbıyaxa döyüşüblər.


Medianın məlumatına görə, Rihanna kişilərin onun uğrunda vuruşmağından həzz alır.

Sizin Reklam Yeriniz