Əlaqə Arxiv
news Image
2014.05.18
19:00
| A A A
Məşhur müğənni Soma faciəsini ələ saldı (VİDEO)
Məşhur müğənni Castin Biberin Türkiyədə baş verən Soma faciəsi ilə əlaqədar etdiyi hərəkət hər kəsin etirazına səbəb olub. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, müğənni keçən il aldığı meymunu Mallinin adına açdığı "twitter" profilində Soma faciəsindən yazıb. 

Biber meymununun adına olan profil hesabında türk pərəstişkarlarını çox sevdiyini və Türkiyə üçün dua etdiyi yazıb.

Biberin bu hərəkəti heç kim tərəfindən yaxşı qarşılanmayıb. Belə ki, müğənninin türkiyəli heyranları Biberin bu hərəkətini Türk xalqını ələ salmaq kimi qəbul ediblər. 

Qeyd edək ki, 13 mayda Somada baş verən mədən faciəsində 301 işçi həyatını itirib, 485 işçi faciədən canlı olaraq xilas olub.


Sizin Reklam Yeriniz