Əlaqə Arxiv
news Image
2014.05.22
14:18
| A A A
Humay Qədimova növbəti uğurunu qazanıb

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına Musiqi Kollecində 6 ildir pedoqoji fəaliyyətlə məşğul olan tarzən Humay Qədimova növbəti uğurunu qazanıb. Movqe.az xəbər verir ki, onun istedadlı yetirmələrindən olan Rəhilə Məhərrəmova musiqi məktəbləri arasında keçirilən Respublika müsabiqəsində 1-ci yerə layiq görülüb. Çox sayda tələbələr arasında tarda səsləndirdiyi "Orta Mahur"u münsiflər heyəti - Ramiz Quliyev,Vamiq Məmmədəliyev, Arif Əsədullayev yüksək balla qiymətləndirərək, onu birinci ediblər.

Humay haqqında Ramiz Quliyev bunları deyib: "Humay Qədimova çalışqan və istedadlı tarzəndir. Elə müəllimin tələbəsi qalib olmalıdır".

"Müəllim olmaq məsuliyyətli və gözəl hissdir. Tələbəmin uğuru mənim uğurumdu" – deyən Humay xanım bildirdi ki, artıq bir neçə tələbəsini növbəti müsabiqələrə hazırlayır.

Xatırladaq ki, dövlət səviyyəsində keçirilən müsabiqənin hər turu müxtəlif musiqi məktəblərində təşkil edilib. Artıq müsabiqənin qala konsertinə hazırlıq gedir. Humay Qədimova tələbəsini bu mərhələyə hazırlayır.

Sizin Reklam Yeriniz