Əlaqə Arxiv
news Image
2014.05.22
16:43
| A A A
Azərbaycanlı müğənni biznes danışıqları üçün Batumiyə yollanıb

Müğənni Yaşar Cəlilov bir neçə gündür ki, Bakıdan kənardadır. O, Gürcüstanın Batumi şəhərinə yollanıb. Müğənni Movqe.az-a  açıqlamasında qonşu ölkəyə getməyinin səbəbini açıqladı: "Gürcüstana gəlməyimin səbəbi biznes məsələləri ilə bağlıdır. Üç gündür Batumidə  bu barədə danışıqlar gedir. Biznesin hansı sahədə olmasını hələlik sirr saxlayıram. Təkcə onu deyə bilərəm ki, bu, Batumi şəhərini əhatə edəcək. Yəqin ki, bundan sonra bu şəhər də mənə doğma olacaq".

Y. Cəlilov yaxın günlərdə Vətənə dönəcəyini bildirdi. O, dinləyicilərə və tamaşaçılara bir müddətdir uzərində işlədiyi layihəsini də təqdim edəcəyini dedi.


Sizin Reklam Yeriniz