Əlaqə Arxiv
news Image
2014.05.22
18:14
| A A A
"Elçinin ad günü olanda oktyabrın 18-i sürpriz olaraq hamilə qalmışam"

"Şipşirin" ləqəbi ilə tanınan Elçin Cəfərovun nikahdan kənar övladı olması deyilir. Movqe.az xəbər verir ki, uşağını inkar edən müğənni DNK testi etdirmək istədiyini açıqlayıb. Müğənnidən övladı olduğunu iddia edən və ifaçının yarıçılpaq fotosunu yayan  sevgilisi Həsrət Nəcimzadə "Şou+" verlişində  üzü bağlı şəkildə iştirak edib və ifaçını atalıq testi etməyə çağırıb: 


"Elçinin ad günü olanda oktyabrın 18-i sürpriz olaraq hamilə qalmışam.  O vaxt restoran işlədirdim. Həmin yarıçılpaq şəkil 20 yanvardakı evimizdə çəkilib. Özü də bilirdi şəklini çəkirəm. Ancaq onun özünə yollayanda demişdi ki, heç bir sosial şəbəkədə yaymayım. Mən də demişdim quyruğumu tapdalama.  Birinci hamiləliyimdə uşağı dünyaya gətirməyimi istədi, amma alınmadı. İkinci dəfə oktyabrda hamilə olmuşam. Deyirdi ki, oğlum olsa, atamın adını İsfər, qızım olsa, anamın adını Humay qoyacağam. Qızım oldu, adını Humay qoydum. Övladım olanda Elçini Türkiyəyə qaçırtmışdılar.  Hamilə olanda anası ilə bir dəfə telefonla danışmışam. Anası dedi ki, oğlumun ürəyi zəifdi. Ancaq qardaşı gəlib övladıma baş çəkirdi. Atalıq testi etdirməyə hazıram, Elçin özü gəlsin, gedək test edək. Mən verəcəyi 100 manat alimenti istəmirəm. Gedib problemlərini həll etsin, kirayədə qalır axı. Qızımıza soyadını verməsə də, onsuzda şəhadətnamədə Humay Elçin qızı yazılıb. Özü buna razılıq verib. Qardaşı demişdi gəlib, soyadını verəcək. Amma o da gəlmədi".



Sizin Reklam Yeriniz