Nadiri yenə ağlatdılar ...
Məşhur müğənni Nadir Qafarzadə yenə göz yaşlarına sahib çıxa
bilməyib. Göz yaşı tökən müğənni canlı yayımda "Ana" mahnısını ifa
edən ifaçının səsindən təsirlənib. Mövqe.az xəbər verir ki, müğənni
bu ifa sayəsində Xızı dağlarını, uşaqlıq anlarını xatırladığını
söyləyib və mahnını ifa edən yeni iştirakçıya təşəkkürünü
bildirib.
Qeyd edək ki, Nadir Qafarzadənin də münsif olduğu "Azərbaycanın səsi " yarışması davam edir.