Əlaqə Arxiv
news Image
2014.05.26
13:55
| A A A
"Tolik demədi Əli, Vəli dedi, axı nə mənası var?"- ÖZƏL

Müğənni Röyanın "World Music Awards 2014" mükafatının "Worlds best female artist" (ən yaxşı xanım müğənni) nominasiyası üzrə namizədlərin siyahısına düşməsi mxtəlif şayələrin yayılmasına səbəb oldu. Mövqe.az xəbər verir ki,  tanınmış prodüser Tarix Əliyev həmin vəziyyəti sosial şəbəkədə belə şərh edib: "Bu mükafatla bağlı birinci mən məlumat almışam. Məlumatı mənə sırf bu yarışma ilə bağlı olan bir xanım verib. Yalnız bu mükafatı almaq üçün 100 000 avro tələb olunub. Bu siyahıda Aygün Kazımova və Röyanın adları var idi. Amma Aygün xanım dedi ki, mən pulla mükafat almıram. Daha sonra mən Kənana bu barədə dedim. Kənan (Röyanın prodüseri) dedi ki, nəyimizə lazımdır 100 000 avro verib mükafat almaq?".


Tolikin dediklərinə müğənni Röya Ayxanın prodüsseri Kənan Bayramov da Mövqe.az vasitəsilə Tolikə cavab verib: "Mən də durum yatıb, yuxumda nə görürəm onu danışım ? Bu söhbətləri yığışdırın. Tolik deyib, deyib də... Tolik özü üçün nə deyir, deyir. Bizə maraqlı deyil. Tolik demədi Əli, Vəli dedi, axı nə mənası var? O sadəcə elə yazıb ki, ajartaj yaratsın. Ancaq onun dediyi yerli-dibli bizə maraqlı deyil. Pul söhbəti olmayıb. Biz heç bilmirdik adımız siyahıda var, yoxsa yox. Əgər pul söhbəti olsaydı, pulunu verib, artıq çoxdan almışdıq. Mən Toliki hər gün görürəm, ancaq heç bu barədə soruşmamışam. Çünki gərəkli hesab eləmirəm. Boş şey idi". 

Sizin Reklam Yeriniz