Əlaqə Arxiv
news Image
2014.05.27
13:30
| A A A
Fatimə Fataliyeva hesabat verəcək - FOTO

Azərbaycanın tanınmış rəqqasələrindən olan Fatimə Fətəliyeva mayın 29-da tələbələri ilə birgə "Uşaq Filarmoniyasında" verəcəyi konsertinin hazırlıqlarını yekunlaşdırmaq üzrədir. Bu barədə Movqe.az-a "Göyçək" ləqəbli rəqqasənin özü məlumat verib. O, bildirib ki, mayın 29-da 240 tələbəsi ilə birgə "Uşaq Filarmoniyası" səhnəsində çıxış edəcək: "Bir müddət öncə bildirdiyim kimi mayın 29-da tələbələrimlə birgə konsert verəcəm. Artıq demək olar ki, konsertə tam hazırıq. Konsert qabağı bütün hazırlıqlarımızı başa vurmuşuq. Həmin gecədə tamaşaçıları bir çox sürprizlər gözləyir. Öncədən bütün məlumatları açıqlamaq istəmirəm. Bu mənim beş aylıq pedaqoji fəaliyyətim ərzində verəcəyim hesabat konsertidir. Allahın köməyi ilə hər şeyin yaxşı yekunlaşacağına inanıram".


Qeyd edək ki, F.Fataliyevanın növbəti konserti oktyabr, noyabr aylarında paytaxtın iri konsert salonlarının birində keçiriləcək.

Sizin Reklam Yeriniz