Əlaqə Arxiv
news Image
2014.05.29
11:35
| A A A
Azərbaycanda çəkilən erotik klipə qadağa ! - VİDEO

Müğənni Rusonun ifa etdiyi "Ay gecə" mahnısına çəkilən və artıq kifayət qədər baxış toplayan erotik klipin Youtube-da mahnının bəstəkarı Qasım Xəlilovun etirazı əsasında yayımı dayandırılıb. Bununla bağlı, Qasım Xəlilovla Mövqe.az-ın əməkdaşı əlaqə saxlayıb, məsələyə aydınlıq gətirdik. Bəstəkar fikirlərini kəskin şəkildə ifadə etdi:


"Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesinin motivləri əsasında 1987-ci ildə ekranlaşdırılmış eyniadlı televiziya tamaşasında səslənən "Ay gecə" və digər mahnıların ərsəyə gəlməsində xalq şairi Nəbi Xəzri ilə mənim böyük əziyyətim olub.


Mən sizə deyim ki, bu mahnı və klip barəsində heç nədən xəbərim yox idi və bir çox dostlarım mənə zəng edərək, klipi görüb-görmədiyimi soruşdular. Açıq deyim ki, müxtəlif fikirlər səsləndirildi və sözsüz ki, mənim də baxmağımı məsələhət bildilər. Mən isə klipə baxdım. Sizə deyim ki, klipdə gənc, yaraşıqlı bir oğlanın simasını gördüm. Amma davamı olaraq diqqətimi cəlb edən mahnının sözlərinin dəyişdirilməsi, hətta musiqiyə belə müdaxilə olunmasının aydın şəkildə şahidi oldum. Mahnının əvvəlində musiqinin azacıq dəyişdirilməsini hiss etsəm də, sonra ümumiyyətlə, bu mahnıya uyğun gəlməyən yeni bir musiqi parçasının mahnıya əlavə oldunduğunu gördüm. Bu elementar olaraq, mahnıda hər iki mənada-söz və musiqi baxımından müəllif hüquqlarının pozulmasıdır.


Klip barəsində nə deyə bilərəm? Mən sizə açıq olaraq deyim ki, bu gün artıq elə bir tendensiya baş alıb gedir ki, bir sıra dövlətlərdə eynicinsli insanların nigahına belə icazə verilir. Doğurdan da bu, dəşhətdir! Belə halların fonunda klipin açıq-saçıq olması kimlər tərəfindənsə normal, kimlər tərəfindənsə mənfi qarşılana bilər. Bu çoxlarına adi gələ bilər, amma çox yaxşı olar ki, xalqımız üçün belə məhsullar hazırlanmasın! Şəxsən mənim fikrimi bilmək istəyirsinizsə, kliplərdə bu cür açıq-saçıqlığın tərəfdarı deyiləm və bunu mənfi hal kimi qəbul edirəm! Çox güman ki, yaradıcı heyyətin klipdə belə açıq-saçıqlığı qabarıq şəkildə önə çəkməsi, klipin daha böyük auditoriya toplanması üçün edilmişdir. Bu, mənim şəxsi mülahizəmdir. Nəticə olaraq, onu deyə bilərəm ki, klip müəyyən qədər məni sarsıtdı.


Və bütün bu söylədiyim fikirlərin əsasında deyə bilərəm ki, mahnının müəllifi kimi bu hala biganə yanaşa bilməzdim. Bu səbəbdən də klipin yayımının dayandırılmasını tələb etdim.


Bundan sonra qarşı tərəfdən mənə zəng olundu və biz görüşüb bu məsələni müzakirə etdik. Müzakirədə gənc oğlan Ruso tərəfindən bır sıra müxtəlif fikirlər səsləndirildiyindən, məndə belə fikir yarandı ki, bəlkə, bu kliplə bağlı qarşı tərəf hansısa sətiraltı mənanı ifadə etmək istəyir? Bilirsiniz, bu, yaradıcılıqdır, burada digər bir nüansda var: 1987-ci ilin Nargiləsinin 21-ci əsrdə hansı "dəyişiliklərə uğramasını" göstərməklə klipdə başqa bir məqamında vurğulandığını düşünmək olar... Əgər tamaşada mahnının səsləndiyi diskoteka səhnəsinə nəzər yetirsək, digər insanların dinamik rəqs etmələrinə baxmayaraq, Nargilənin həmin dövrün əsl azərbaycanlı qızının tərənnümü olaraq bu ab-havadan sıxıldığını və pop-estrada musiqisinə milli koloritdə rəqs etdiyini müşahidə edə bilərsiniz. Müasir Nargilə isə tam başqa ampulada tərənnüm olunmaqla, bugünkü reallığı əks etdirir. Əgər klipə bu kontekstdən yanaşılarsa, izləyicilərin müzakirəsinə buraxmaq üçün klipin yayımlanmasına mən icazə verdim".


Sizin Reklam Yeriniz