Əlaqə Arxiv
news Image
2014.06.02
11:14
| A A A
Seksual aparıcı avtomobil qəzasına düşdü

Aparıcı Zemfira Adıgözəlova avtomobil qəzasına düşüb. 


Axşam.az-ın məlumatına görə, hadisə bir neçə gün öncə gecə saatlarında baş verib. Ağır qəzadan xəsarət almadan xilas olan aparıcı olayı mediadan gizli saxlayıb. 


Əməkdaşımızla söhbətində xəbəri təsdiqləyən Z.Adıgözəlova avtomobilin yararsız hala düşdüyünü deyib: 


"Çox ağır qəza idi. Allah məni qorudu. Maşın bir neçə dəfə aşmışdı. Heç kim o qəzadan salamat çıxdığıma inanmır. Hadisəyə yüksək sürət səbəb oldu".


Aparıcının sözlərinə görə, avtomobili yüksək sürətlə idarə etməyi sevir: 


"Buna baxmayaraq, çox səliqəli sürürəm. Qəzadan sonra dostlarım dedi ki, bu sənə dərs olar, yavaş sürərsən". 



Sizin Reklam Yeriniz