Ancelina Colinin əsl xoşbəxtliyi Bred Pit deyilmiş
Çox insan Ancelina Colinin xoşbəxtliyinin əsas sirrinin Bred Pitlə
evli olmasında görür. Movqe.Az "Express"ə istinadən xəbər verir ki,
aktrisa əsas xoşbəxtliyi başqa insanlara kömək etməkdə tapdığını
söyləyib. 38 yaşlı aktrisa etiraf edib ki, o, BMT-in tərkibində
müharibə zonalarına gedəndə öz problemlərini unudur və həyatında
var olanlara görə şükr edir. Ancelina "Psychologies Magazine."ə müsahibəsində: "Həyatımın elə
bir dövrləri olub ki, problemlərim barəsində çox düşünmüşəm. Lakin
müharibə zonasına gedəndə əsl ehtiyacın nə olduğunu anladım. Orada
elə insanlar var ki, valideynlərinin, uşaqlarının, ailələrinin
harada olduğunu belə bilmir, üstəlik kifayət qədər ərzaqları belə
yoxdur. Burada şanslı olduğunu, problemlərinin onlarınkı ilə
müqayisə belə olunmadığını anlayırsan. Artıq özün haqda narahat
olmursan, başqalarını düşünürsən, beləcə böyüdüyünü anlayıb xoşbəxt
olursan" .