Azərbaycanlı aktyorun ailəsində ağır faciə
Ailəsinin iki üzvcünü eyni anda itirdi.
Movqe.az xəbər verir ki, aznews.az-a daxil məlumata görə Akademik Milli Dram Teatrının aktyoru Əlvida Cəfərovun ailəsində faciə baş verib. Belə ki, aktyorun qardaşı və qardaşının həyat yoldaşı avtomobil qəzasında həlak olublar.
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov hadisəni təsdiqləyib.