Əlaqə Arxiv
news Image
2014.06.10
16:09
| A A A
“Gözəllik kraliçası” titulundan imtina etdi
Taylandın gözəllik kraliçası seçilərək 2014-cü ildə ölkəsini "Dünya gözəli" müsabiqəsində təmsil etmək hüququ qazanmış Veluri Ditsayabut sosial şəbəkədə yazdığı statusun sərt reaskiya ilə qarşılanmasından sonra titulundan imtina edib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Taylandda aylarla davam edən siyasi gərginlikdən sonra ordunun hökumətə nəzarəti ələ aldığı bir dönəmdə Facebook səhifəsində siyasi mesajlar yazan Ditsayabut gözlənilməz reaksiyalar alıb. 

Belə ki, o, keçmiş baş nazir Yinqlak Şinavatra hökumətini dəstəkləyən "qırmızı köynəkliləri" tənqid edərək onların edamını tələb edən status paylaşıb. Lakin bu statusuna görə kəskin reaksiya ilə qarşılaşan 22 yaşlı gözəl, mətbuat konfransı təşkil edərək ona yazılan cavabların özünü və ailəsini pərişan etdiyini bildirib:
 "Anam bu şərhlər üzündən gecələr yata bilmədiyindən mən də yatmıram". 

Siyasi mövzulu statusuna görə üzr istəyən Ditsayabut "gözəllik kraliçası" taxtından çəkildiyini elan edib.
Sizin Reklam Yeriniz