Əlaqə Arxiv
news Image
2014.06.18
18:00
| A A A
Mətanət İsgəndərli jurnalistləri məhkəməyə verdi

Müğənni Mətanət İsgəndərli aznews.az xəbər portalının baş redaktoru Elçin Zahiroğlunu və portalın əməkdaşı İntiqam (Valehoğlu) Alıyevi məhkəməyə verib. Media Hüququ İnstitutundan "Qafqazinfo"ya verilən məlumata görə, Tanınmış müğənni Mətanət İsgəndərova Nərimanov Məhkəməsinə xüsusi ittham qaydasında müraciət edərək hər iki jurnalistin böhtana görə (Cinayət Məcəlləsi. maddə 147.1) cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Jurnalistlərin hüquqlarını müdafiə edən vəkillərindən Fariz Namazlının bildirdiyinə görə, hazırlıq iclası iyun ayının 19-da keçiriləcək. Vəkil defamasiyaya görə xüsusi ittiham qaydasında şikayətin icraata götürülməməsini məhkəmədən tələb edəcək.

Sizin Reklam Yeriniz