Əlaqə Arxiv
news Image
2014.06.19
14:10
| A A A
İzzət dördüncü dəfə Həcc ziyarətinə gedir

Müğənni İzzət Bağırov yenidən Həcc ziyarətinə hazırlaşır. 


Bu haqda Axşam.az-a açıqlama verən sənətçi, bu yaxınlarda Məşəddən qayıtdığını bildirib: 


"Yay başlayandan başım çox qarışıb. İstirahətə vaxt ayıra bilmirəm. Məşəd ziyarətinə getmişdim. Oradan da Dərbəndə yollandım. Bir toy məclisində çıxış etdim. Daha sonra Dərbənddə konsert təklifi aldım. İndi isə Ramazan bayramına hazırlaşıram. Bir ay heç bir yaradıcı işlə məşğul olmayacam. Evdə oturub, orucumu tutacam. Sentyabrda isə Həcc ziyarətinə gedəcəm. Artıq sənədlərimi hazırlamışam. Bu, dördüncü səfərim olacaq". 


Yeni çəkəcəyi filmdən danışan İ.Bağırov layihəni yarımçıq qoyacaq: 


"Üç-dörd kadr çəkilib. Havalar çox istidir, davam edə bilmirik. Eyni zamanda da işlərim, səfərlərim çoxdur. Yəqin ki, payızda davam edəcəyik".

Sizin Reklam Yeriniz