Aparıcı Zaur xanımı haqqında: "Onu fır-fır fırlatmışam"
Aparıcı Zaur Kamal 5/5 verlişində yenə də kompleksizliyi ilə
diqqəti öz üzərinə çəkib. Mövqe.az xəbər verir ki, aparıcı bu dəfə
də verlişində xanımından danışıb. Bu dəfə həmişəkindən fərqli
olaraq öz şəxsi həyatından danışan aparıcı xanımı ilə küsəndə nə
etdiyini açıqlayıb: " Xanımım məndən küsəndə deyirəm ki, çay gətir.
Bir az keçir başqa şey buyururam. Gəlir oturur deyirəm ki, get
mürəbbə gətir. Belə-belə evin içində onu fır-fır fırlatmışam. Yoxsa
ki, bəziləri kimi arvad küsdü nazı ilə oyna, saçına sığal çək. O
mənlik deyil".